“Biləsuvar Quşçuluq” Açıq Səhmdar Cəmiyyəti
AZ1323,
Biləsuvar rayonu, Səmədabad kəndi
BİLDİRİŞ
(Səhmdarların Ümumi Yığıncağının növbədənkənar
iclasının çağırılmasına dair)
Biləsuvar
rayonu 10.04.2023
SƏHMDARLARIN
NƏZƏRİNƏ!
İdarə
Heyətinin sədri “Biləsuvar Quşçuluq” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclasını
çağırır.
İclas barədə məlumat |
|
İclasın tarixi |
12.06.2023-cü il |
İclasın vaxtı |
Saat 11:00 |
İclasın keçiriləcəyi ünvan |
Cəmiyyətin Biləsuvar rayonu,
Səmədabad kəndi
ünvanında yerləşən
ofisində (2-ci mərtəbə,
iclas zalı) |
İclasın gündəliyi |
1. “Biləsuvar
Quşçuluq” ASC-nin təşkilati-hüquqi formasının
dəyişdirilərək “Biləsuvar
Quşçuluq” MMC-yə çevrilməsi yolu ilə yenidən təşkil edilməsi; 2. “Biləsuvar
Quşçuluq” ASC-nin müvəqqəti inzibatçısının
təyin edilməsi; 3. “Biləsuvar
Quşçuluq” ASC-nin səhmlərinin dövriyyədən
çıxarılması və yenidən təşkil edilən “Biləsuvar Quşçuluq” MMC-nin nizamnamə kapitalının formalaşdırılması; 4. “Biləsuvar
Quşçuluq” ASC-nin təşkilati-hüquqi formasının
dəyişdirilərək “Biləsuvar
Quşçuluq” MMC-yə çevrilməsi yolu ilə yenidən təşkil edilməsi ilə bağlı olaraq Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi; 5. Müşahidə şurasının üzvlərinin Abbasov Ərəstun Vəlican oğlunun, Əliyev Adil Ərəstun oğlunun, Babazadə Məhəmməd
Əli oğlunun vəzifələrindən azad
edilməsi və Müşahidə şurasının ləğv edilməsi; 6. İdarə Heyətinin
üzvləri Ağayev Nihad Nizami oğlunun, Cavadov Cavid Yusif oğlunun,
Həsənov Zaur
Akif oğlunun vəzifələrindən
azad edilməsi və İdarə Heyətinin ləğv edilməsi; 7. “Biləsuvar
Quşçuluq” MMC-nin qanuni təmsilçilik funksiyası ilə direktorunun təyin edilməsi; 8. “Biləsuvar
Quşçuluq” MMC-nin hüquqi ünvanının müəyyən edilməsi; 9. Digər məsələlər. |
Materiallarla tanış olma qaydası |
Gündəlik üzrə materiallarla
15.05.2023-cü il tarixindən etibarən Cəmiyyətin
Biləsuvar rayonu, Səmədabad kəndi ünvanında yerləşən ofisində (2-ci mərtəbə,
iclas zalı) iclas tarixinədək iş günləri saat 10:00-dan 17:00-dək tanış
ola bilərsiniz. |
Qeyd:
Qeydiyyat iclasın başlanmasına 1 (bir) saat qalmış başlanır.
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə əsasən
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya
nümayəndəsi vasitəsi
ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə
müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə
malik olmalıdır.
Hörmətlə,
İdarə
Heyətinin sədri
Nihad Ağayev